BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış alim və iş adamının oğlunun öldüyü qəza ilə bağlı yenidən məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində tanınmış alim və iş adamı olan Mirzəxan Mənsimovun oğlunun yol qəzasında ölümünə səbəb olmaqda təqsirləndirilən Xəlil Əsədlinin barəsindəki verilən hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəlil Əsədli 5 il azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib və barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilməyib.

 

Qeyd: 1993-cü il təvəllüdlü Xəlil Əsədli "BMW” markalı avtomobillə ağır qəza törədib. Nəticədə 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ölüb.

 

Sürücünün barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb..

 

İttihama görə, "BMW" markalı avtomobil Nurlana məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini Xəlil sərxoş halda idarə edib. Onlar 20 noyabr tarixində saat 05:25-də Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində metronun “İçərişəhər” stansiyasından üzü Nərimanov heykəlinə doğru hərəkətdə olarkən avtomobil Xəlilin idarəetməsindən çıxaratq sürətlə maneəyə çırpılıb.

 

Xatırlatma: Nurlan Mənsimlinin atası, tanınmış coğrafiyaçı alim, həmçinin “İqlim” MMC-nin rəhbəri olan Mirzəxan Mənsimovdur. O, məhkəmədə ifadəsində Xəlilə ağır cəza verilməsini istəyib.

 

Kamal Məmmədov

Tarix: 19 İyul 2023, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin