BURADA REKLAMINIZ OLA
BİLƏR

“OBA Market”ə daha bir cərimə protokolu yazıldı

“OBA Market” MMC-nin barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 31-nə təyin edilib.

Tarix: 19 İyul 2023, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin