BURADA REKLAMINIZ OLA
BİLƏR

Təcili tibbi yardım maşını ilə piyadanı vuraraq öldürən sərxoş sürücünün məhkəməsi başladı

Şəki Apellyasiya Məhkəməsində Ağsuda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlkin Vəliyevin  barəsindəki verilən hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqustun 2-nə təyin edilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: 2022-ci il dekabrın 13-ü saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

 

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.

 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, İlkin Vəliyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 19 İyul 2023, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin