BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yaqublu “məntiqinə” görə Müsavat Pariyasının da 5-6 yüz üzvü var?!” - Natiq Cəfərli

“Formal olaraq Müsavat Partiyasında, faktiki olaraq AXCP-də, siyasi bilik və savad olaraq plintusun - döşəmə ilə divarın birləşdiyi yerə vurulan fiqurlu odun parçası altında olan Tofiq Yaqublu dünən status yazıb, yalan danışmaqla yanaşı, hər gün tənqid etdiyi, yalançılıqda suçladığı hökumətə sözsüz inamını göstərib. Ədliyyə Nazirliyinin REAL-a bağlı məlumatlarına həqiqət mayakı kimi istinad edərək bizi ittiham edib. Adam deyir ki, heç 500 üzvləri də yox imiş, buna rişxənd edir, nazirliyi haqlı hesab edir. Yaxşı, bunun adı nədir – cığallıq, ya qərəz?!”

 

Pravda.az xəbər verir ki, bunu Respublikası Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli deyir.

 

“Bu gün Azərbaycan tarixində önəmli yeri, çəkisi olan Müsavat Partiyasına, demək olar ki, REAL-a verilən cavaba bənzər məktub göndərilib. İndi Yaqublu “məntiqinə” görə Müsavat Pariyasının da 5-6 yüz üzvü var?! Təbii ki, belə deyil və mən bunu Ədliyyə Nazirliyinin Müsavat Partiyasına qərəzi kimi dəyərləndirirəm. Hamı deyir ki, nə olsun, siyasi savadı yoxdur, amma mərd insandır - ola bilər, amma mərdliklə biliksiz sadəlövhlük arasında çox incə, elə plintusvari bir cizgi var...”

 

Aytəkin Qardaşova

Tarix: 19 İyul 2023, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin