BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Toğrulun yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda ittiham olunan sayt rəhbəri Etibar Toğrulun (Əliyev) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib Məhkəmənin növbəti iclası avqustun 2-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Etibar Toğrul verilmiş ittihamla təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Etibar Toğrul 3 nəfərə yalan vəd verərək onların 123 min manat pulunu ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Etibar Toğrul "Xəbər var" qəzetində baş redaktor, "Vetenperverler.az" saytında redaktor kimi fəaliyyət göstərib. O, həmçinin "XeberBiz.com" və "TehsilXeber.com" xəbər portalının rəhbəridir.

 

Kamal Məmmədov

Tarix: 20 İyul 2023, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin