BURADA REKLAMINIZ OLA
BİLƏR

"Buta İnvestment Group" şirkəti cərimələndi

Binəqədi Rayon Məhkəməsində "Buta İnvestment Group" MMC-nin barəsində yazılmış protokola baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib.

 

Qeyd: "Buta İnvestment Group" MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi (gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 20 İyul 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin