BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Dəmir Yolları" ilə bağlı qərar verildi

Nəsimi Rayon Məhkəməsində "Azərbaycan Dəmir Yolları" QSC-nin barəsində yazılmış protokola baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib.

 

Qeyd: "Azərbaycan Dəmir Yolları" QSC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 20 İyul 2023, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin