BURADA REKLAMINIZ OLA
BİLƏR

"Aqro Vest-DC” cərimələndi

Sabunçu Rayon Məhkəməsində "Aqro Vest-DC” MMC-nin barəsində yazılmış protokola baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib.

 

Qeyd: "Aqro Vest-DC” MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 20 İyul 2023, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin