BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda çay istehsalında yerli olan ancaq qutunun üzərinə çəkilən salafanla qutu arasında qalan havadır” - Ekspert

“Bu ilin I yarısında Azərbaycan Şri-Lankadan çay idxal edən ölkələr arasında 6-cı yerdə qərarlaşıb. Hesabat dövründə Şri-Lankadan ən çox çayı İraq (14,73 milyon kiloqram) alıb. Onu 13,33 milyon kiloqramla Türkiyə, 12,34 milyon kiloqramla Rusiya, 7,49 milyon kiloqramla BƏƏ və 5,77 milyon kiloqramla Çin izləyib. Azərbaycanın nə qədər çay idxal etdiyi isə açıqlanmayıb”.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, Gömrük Komitəsinin rəsmi məlumatına görə bu ilin ilk 6 ayında Şri-Lankadan 29 mln. 292 min dollarlıq mal almışıq, çox güman, tamamına yaxını məhz çaydır: “Elə həmin mənbəyə görə Azərbaycan 6 aya 6159 ton çay idxal edib (statistik dəyəri 32 mln. 759 min dollar). Rəsmi məlumata görə ölkəyə gətirilən çay 1 kq-ı 5,3 dollar, və ya 9 manat olub. Niyə bu vacibdir onu da deyim – Azərbaycanda çay istehsalı ancaq qablaşdırmadan ibarətdir, orada yerli olan ancaq qutunun üzərinə çəkilən salafanla qutu arasında qalan havadır. Yəni, Şri-Lankadan gətirilən çay Azərbaycanda qablaşdırılır və satışa çıxır. Yaxşı, bizdə çay neçəyədir, deyim də, 100 qram çayın ortalama qiyməti 2 manat 50 qəpikdir – yaxşı biznesdir, 1 kiloqramını 9 manata alırsan, sadəcə qablaşdırırsan və 25 manata satışa çıxarırsan. Bu məsələnin başqa tərəfi də var – hökumət deyir ki, qeyri-neft istehsalı artır, bu çay məsələsi də yerli istehsal kimi rəsmiləşdirilir. Eyni mənzərə süd məsulları, şəkər və şəkər tozu, düyü, qarabaşaq və s. məhsullarda da müşahidə olunur – xammal alınır, bizdə sadəcə qablaşdırılır və satılır, adı da olur “yerli istehsal”.

Tarix: 20 İyul 2023, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin