BURADA REKLAMINIZ OLA
BİLƏR

Dənizkənarı Bulvar İdarəsi skuter həvəskarlarına çağırış etdi: “Məsuliyyətli olsunlar”

Dənizkənarı Bulvar İdarəsi vətəndaşların sıx olduğu Bulvar ərazisində skuterlərin hərəkətinin tam məhdudlaşdırılmasına baxmayaraq, qaydalara əməl edilməməsi, istirahət edən vətəndaşlar üçün narahatlıq yaratmaları ilə bağlı şikayətlərə münasibət bildirib.

 

İdarənin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Pravda.az-ın sorğusuna cavab olaraq deyib ki, Dənizkənarı Bulvar İdarəsi səlahiyyətləri çərçivəsində bütün tədbirləri görür.

Dənizkənarı Milli Parkda atraksionlar niyə sökülüb ?

““Dənizkənarı zolaqda, yəni insanların sıx olduğu, gediş-gəlişli hissədə skuterlərin hərəkəti qadağan olunub, orada heç kim skuter sürə bilməz. Ümumiyyətlə, Bulvar ərazisində 17 km/saat sürət həddi aşılmamaq şərtilə skuterlərdən istifadə oluna bilər.  Qadağanedici lövhələr qoyulub, bununla bağlı bütün lazımi tədbirlər görülüb. Nəzarətçilər də əraziyə mütləq şəkildə nəzarət edir, skuterlərin hərəkəti ilə bağlı tövsiyəedici məlumatlar verir, maarifləndirici danışıqlar aparırlar. Lakin bu məsələdə skuter sürənlərin də üzərinə məsuliyyət düşür. Skuter həvəskarlarına səslənirik ki, daha da məsuliyyətli olsunlar. Bulvarda istirahət edən digər insanların narahatlığına səbəb olmasınlar”, - o qeyd edib.

 

Aytəkin Qardaşova

Tarix: 20 İyul 2023, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin