BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkət əməkdaşını oğurlayan şəxslərlə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində adam oğurluğunda ittiham olunan Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun barəsindəki hökmdən veriln apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıbəy Rzaxanovun 10 il, Məcidbəy Vəkilovun 10 il, Hüseyn Məlikovun 11 il müddətinə azadlıqdan mərhum edilib.

 

Qeyd: İstintaq orqanı tərəfindən Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə Xaliq Nadir oğlu Abdullayev və “Azərmaş” MMC zərərçəkmiş qismində tanınıb.

 

Kamal Məmmədov

Tarix: 21 İyul 2023, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin