BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mənzildən 62 min dollar oğurlayanlarla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində mənzildən oğurluq etməkdə təqsirləndirilən Camal Sultan və Ramiz Əliyevin barəsindəki hökmdən veriln apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib, digərinə şərti cəza verilib.

 

Qeyd: Hadisə ötən ilin mayında Xətai rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılıblar.

 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 21 İyul 2023, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin