“Həsən bəy Zərdabi Azərbaycan mediasının bugünkü vəziyyətini görsəydi, böyüdüb boya-başa çatdırdığı uşağın 148 yaşına gəlib çıxmasından həm qürur hissi keçirərdi, həm də onun gələcək inkişafı, daha da möhkəmlənməsi üçün ağsaqqalyana tövsiyələrini verər, bəzi iradlarını bildirərdi. Eyni zamanda mediamızın 148 ildə inkişaf etməsinə, siyasi-ideoloji baxımdan çox fərqli dövrlərdən keçməsinə baxmayaraq, peşəkarlığını, milli-mənəvi qaynaqlara dirənən xüsusiyyətlərini saxlamasına çox sevinərdi. Bütün bunlar Zərdabi üçün qürur mənbəyi ola biləcək nəsnələrdir. O, bu illər ərzində Azərbaycanın çap mətbuatının Sovet dövrünün ideoloji basqılarından, ondan əvvəl Çar Rusiyasının heç də bu ideoloji çərçivədən zəif olmayan basqıları altındakı şəraitdən, müstəqillik elan olunandan sonrakı ilkin mərhələdə media sahəsindəki xaotik vəziyyətdən çox şux çıxdığına görə qürur hissi keçirərdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycan mediası doğrudan da Həsən bəy Zərdabinin çap mediası kimi əsasını qoyuduğu varlıqdan çoxşaxəli, çoxseqmentli bir sahəyə çevrilib: “Zərdabinin yaratdığı çap mediası “Əkinçi”nin timsalında bu gün Azərbaycanın televiziyaları, radioları, onlayn media orqanları var. Hətta sosial şəbəkələrlə onlayn və çap mediasının müəyyən sintezini özündə əks etdirən nümunələr də mövcuddur”.
A.Quliyev deyib ki, H.Zərdabi sağ olsaydı, medianın bugünkü vəziyyəti ilə bağlı həm də çox lazımlı tövsiyələr verərdi: “Bunlar jurnalist peşəkarlığı ilə bir araya sığmayan hərəkətlərin hələ də mövcud olması, medianın inkişafına dövlət dəstəyinin daha da güclü olması ilə bağlıdır. Çünki Zərdabinin dövründə onun qəlbinə toxunan nüanslardan biri o zamankı mətbuata dövlət səviyyəsində heç bir dəstəyin olmaması idi. Hətta “Əkinçi” qəzeti nəinki o zaman dövlətdən dəstək görmədi, hətta dövlətin özünün yaratdığı baryerlər nəticəsində fəaliyyətini dayandırmağa məcbur oldu. Bugünkü mediaya dövlətin dəstəyi Zərdabinin sevincinə və qüruruna səbəb olmaqla yanaşı, eyni zamanda bu dəstəyin daha güclü olması yönündə arzu və istəklərini ifadə edərdi. Aydın məsələdir ki, Zərdabi Azərbaycan mediasının gücünü həmişə istəyən bir şəxsiyyət olub. Azərbaycan mediasının bu gün müstəqil dövlətçilik naminə daha da güclü olmasına şərait yaradan reallıqların baş verməsi üçün arzularını ifadə edərdi. Həsən bəyin XIX əsrin sonlarında narahatlığına səbəb olan nüanslardan biri Azərbaycanın müstəqil dövlətçilik ideyalarının hələ zəif olması, bunun real bir işə çevrilməsinin mümkünsüzlüyü idi. Amma Zərdabi həm də buna sevinər ki, bir vaxtlar onun çox zəif gördüyü müstəqil dövlətçilik ideyaları bu gün artıq böyük bir Azərbaycançılıq və dövlətçilik ideologiyasına çevrilib. Şübhə etmirəm ki, bu ideologiyanın, inkişafın içində Zərdabi Azərbaycan mediasında özünün nurunun, payının olmasından qürur hissi keçirərdi”.
Aytəkin Qardaşova
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
Ən son xəbərləri səhifəmizdən də izləyin