BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah koronavirusla bağlı məlumat yaydı

Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 67 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

 

Bu barədə Pravda.az- a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1080 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılmışdır.

Tarix: 25 Aprel 2020, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin