BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hamıya xeyirli Ramazan ayı arzulayıram" - Adil Əliyev

Milli Məclis sədrinin müavini Adil Əliyev Azərbaycan xalqını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

 

Pravda.az həmin təbriki təqdim edir: 

 

"Xalqımızı Ramazan ayının başlaması münasibətilə təbrik edirəm. Builki bayram keçmiş bayramlarımıza bənzəməyəcək. Koronavirus pandemiyasının yayılması səbəbindən sosial məsafəni gözləməliyik, bu səbəbdən oruc süfrəsi ailə üzvləri ilə açılacaq, ibadət edənlər qapalı məkanlardan kənara çıxmayacaqlar. Bu da bir sınaqdır. İnşallah Ramazan bayramı artıq sıxıntılarımız geridə qalar və həyatımız tədricən normal məcraya qayıdar. Bütün hallarda elə etməliyik ki, başqalarının həyatını risq altına atmayaq, böyük məclislərdən uzaq olaq. Bu bayramda da ehtiyacı olan və kimsəzislərə dəstək olaq, ruzimizi onlarla bölüşək. Əsl bayram məhz budur. Hamıya xeyirli Ramazan ayı, ruzi-bərəkət arzulayıram. Allah hər kəsin Ramazan ibadətini qəbul etsin. Oruc tutanlar və tutmayanların hamısına sağlıq və firavan həyat arzulayıram".

Tarix: 25 Aprel 2020, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin