BURADA REKLAMINIZ OLA
BİLƏR

Olimpiya çempionu Elçin Əlibəylini döydü - YENİLƏNDİ

Namiq Abdullayev: "Elçin Əlibəyli səviyyəsiz hərəkət edib"

 

Olimpiya çempionu Namiq Abdullayevin qardaşı, Natiq Abdullayev teleaparıcı Elçin Əlibəylini döyüb.

 

Pravda.az-ın xəbərinə görə, E.Əlibəyli bu barədə sosial şəbəkədə məlumat yayıb.

 

"Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm. Döyülmək və söyülmək davası deyil, mənim davam, avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə ağrıkəsici iynənin təsiri ilə yazıram" - Əlibəyli qeyd edib.

Məsələ ilə bağlı Unikal.org-a danışan Namiq Abdullayev E.Əlibəylini tanımadığını deyib: "Bu məsələnin mənə aidiyyatı yoxdur. O yalandan bu barədə yazıb. Onunla mənim heç bir tanışlığım yoxdur, nə də qonşum deyil. Kiminlə nə isə ədavəti olubsa, məni ora qatmağı düzgün deyil. Mən ümumiyyətlə yarış vaxtı xalça üzərində hakim nə qərar versə onunla razılaşan adamam. O ki, qaldı kənarda nə isə olsun. Bu mənə yaraşan bir hal deyil.  Onun düşüncəsi yoxdur? Özü də ali savadlı şəxsdir. Ya özünə haqq, ya da bəraət qazandırmağa çalışır. Bilmirəm. Mən onun səviyyəsinə düşmək istəməzdim. O, səviyyəsiz bir hərəkət edib. Məni hamı tanıyır, işim də bəllidir. Bilirlər ki, belə durumlardan uzaq biriyəm".

Fotoları təqdim edirik
Tarix: 5 Noyabr 2019, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin