BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlunun ofisində axtarış aparılır - YENİLƏNDİ - 2

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ofisində axtarış aparılır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun müavini Ədalət Yusubov məlumat yayıb.

 

***

18:51

 

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

 

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

 

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

 

***

 

18:38

 

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

 

"Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Qubad İbadoğlunu saxlayıb" -  R.Səfərov qeyd edib.

Tarix: 23 İyul 2023, 19:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin