BURADA REKLAMINIZ OLA
BİLƏR

RİH-dən “Xırdalanın işıqlarını heyvandarlıqla məşğul olan şirkət təmir edəcək” xəbərinə reaksiya

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) “Xırdalanın işıqlarını heyvandarlıqla məşğul olan şirkət təmir edəcək” xəbərinə reaksiya verib.

 

Pravda.az-ın xəbərinə görə, məlumatda deyilir:

 

“Rayonda abadlıq, quruculuq işləri xüsusi önəm verilən sahələrdən biridir. Abşeron Rayon İcra Hakimiyyətinin təklif və təşəbbüsü ilə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Abşeron rayonunun bütün yaşayış məntəqələrini əhatə edən 88 küçədə ümumi uzunluğu 110 kilometrə yaxın məsafədə küçə işıqlarının quraşdırılması işləri artıq tamamlanıb. Rayonun kənd və qəsəbələrində küçə və yollar asfaltlanıb, abad məhəllələr yaradılıb”.

Tarix: 23 İyul 2023, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin