BURADA REKLAMINIZ OLA
BİLƏR

Pirat dərsliklər gətirməkdə təqsirləndirilən şəxslərdən xəbər var

Azərbaycana pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şahmar Abdullayev və Faiq Məmmədovun barəsindəki hökmdən yenidən kassasiya protesti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, protest Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun  sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 27-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə bəraət verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd: Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycanın gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

 

M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X.Qocayevin cinayət işi ayrıca icraata götürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 İyul 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin