BURADA REKLAMINIZ OLA
BİLƏR

"Pepsico Azərbaycan"a cərimə protokolu yazıldı

"Pepsico Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Sənəd baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İş Solmaz Mustafayevanın icraatındadır.

Tarix: 24 İyul 2023, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin