Reklam

Əli Həsənov Prezidentin köməkçisi vəzifəsindən azad edilməsinə münasibət bildirdi

“Bildirmək istəyirəm ki, bu gündən etibarən mən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri deyiləm, bundan sonra öz fəaliyyətimi elmi yaradıcılıq istiqamətində davam etdirəcəyəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilən Əli Həsənov deyib.

 

“Xüsusi olaraq vurğulayım ki, mən öz siyasi karyerama Heydər Əliyev kursunun sadiq əsgəri kimi  başlamış, 25 il bu kursa, bu kursun davamçısı olan İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu kursa xidmət edəcəyəm. Mənim Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə sədaqətim dəyişməzdir. Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun dəstəkçisi olaraq qalacağam. Azərbaycanda başlamış yeniləşmə kursuna inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar gətirəcəyinə əminliyimi ifadə edirəm. Cəmiyyətimizin bütün təbəqələrini bundan sonra da Heydər Əliyev siyasi kursuna dəstək verməyə və cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram” - Ə.Həsənov qeyd edib.

Tarix: 29 Noyabr 2019, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin