BURADA REKLAMINIZ OLA
BİLƏR

Mülkə görə serebrial-iflicdən əziyyət çəkən bacısını baltalayan qadın apellyasiya şikayəti verdi

Sumqayıt şəhərində serebrial-iflicdən əziyyət çəkən, hərəkət məhdudiyyətli bacısını baltalayaraq öldürməyə cəhd edən 1960-cı il təvəllüdlü Kifayət Nurməmmədovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 26-na təyin edilib.

 

Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılacaq.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

 

İttihama görə, K.Nurməmmədova xəstə bacısı, 48 yaşlı Aygün Nurməmmədovanı mülkə görə baltalayıb.

 

Belə ki, K.Nurməmmədova bacısının qardaşı Elşadın evinə köçmək qərarına etiraz edib. O, ağır xəstəlikdən əziyyət çəkən bacısının evini qardaşının adına keçirəcəyini düşünüb. K.Məmmədova uzun illərdir bacısına özünün baxdığını deyib.

 

Hadisə də onun qardaşı Elşad mağazaya gedəndə baş verib. Evdə bacısı ilə baş-başa qalan Kifayət mətbəxdən balta götürərək onun başına zərbələr endirib.

 

Hadisədən az sonra Elşad mağazadan gəlib və qapının arxadan bağlı olduğunu görüb. O, dərhal polisə məlumat verib. Polislərin gəlişindən sonra Kifayət qapını açıb və onun bacısını baltalaması məlum olub. Dərhal xəstəxanaya çatdırılan A.Nurməmmədovanın həyatı xilas edilib.

 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıq adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyul 2023, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin