BURADA REKLAMINIZ OLA
BİLƏR

Yatmış qardaşları öldürmək istəyən şəxsin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində iki qardaşı bıçaqlamaqda ittiham olunan Azər Zeynalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqusun 10-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, təqsirləndirilən şəxs hadisəni quldurluq məqsədilə törədib. O, səhər saatlarında Yaqub və Məhəmməd Hüseynzadənin yaşadığı evə daxil olub. Həmin vaxt qardaşların oyanmaq üzrə olduqlarını gördükdə mətbəxdəki bıçağı götürərək onları yatdıqları yerdə bıçaqlayıb.

 

Yaralı qardaşlar xəstəxanaya yerləşdirilib, onları xilas etmək mümkün olub. Təqsirləndirilən Azər Zeynalova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyul 2023, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin