BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaqatalada illər əvvəl qətl törədən şəxs apellyasiya şikayəti verdi

Zaqatala rayonunda bir neçə il əvvəl qətl törətməkdə təqsirləndirilən Polad İsmayılovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 26-na təyin edilib.

 

Şikayət hakim Rövşən Rəfiyevin sədrliyi ilə araşdırılacaq.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd: Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyiti aşkar edilməsi ilə bağlı başlanan cinayət işinin üstü 9 il sonra – 2020-ci ildə açılıb.

 

Əməliyyat axtarış tədbirləri ilə mərhum S.Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı onu bıçaqla xəsarətlər yetirərək öldürməsi müəyyən edilib. P.İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyul 2023, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin