BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda FETÖ əməliyyatı - Qubad İbadoğlunun partiyasından istefa müəmması – Onlar niyə susurlar?

Azərbaycan xalqı Vətən müharibəsində nümunə ortaya qoydu: Yumruq kimi birləşərək düşmənə zərbə endirmək. Sonrakı mərhələdə mübarizə, artıq informasiya müstəvisinə keçdi. Bu da heç də az təhlükəli deyil. Baxın, sosial şəbəkələr vasitəsilə feyk xəbərlər tirajlanır, zərərli meyillər təbliğ edilir, Ermənistan Azərbaycanla bağlı dünyaya uydurmalar yayır. Bütün bunlarla bağlı dövlət-xalq birgə mübarizə aparır. Bu birliyi sarsıtmaq istəyən kifayət qədər qüvvə var. Xüsusilə Türkiyənin beynəlxalq arenada Azərbaycanın yanında olması düşmənləri qıcıqlandırmaya bilməz. Qardaş xalqların düşmənləri də eynidir.

 

İki qardaş ölkədə arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsində qeyd olunur ki, tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər. Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir. Elə bir neçə gün əvvəl, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib, saxlanılanlar arasında tanınmış siyasətçi, professor Qubad İbadoğlu da var. Doğrudur, hələ istintaq gedir, hələ şübhəlilər dindirilir. Amma bir şeyi unutmayaq ki, dövlət belə bir addım atırsa, deməli, faktı var.

 

Son 2-3 ay müddətində Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasından (Dövlət qeydiyyatına alınmayıb-red) kütləvi istefalar müəmma olaraq qalır. İstefa verənlərin bəziləri İbadoğlunun silahdaşları olublar – Səxavət Əlisoy, Əlövsət Talışxanlı...

Səxavət Əlisoy Qubad İbadoğlunun partiyasından istefa verdi Pravda.az

Səxavət Əlisoy

 

Bunlar o şəxslərdir ki, 2014-cü ildə Arif Hacılı Müsavat Partiyasının başqanı seçildikdən bir müddət sonra istefa vermişdilər, Qubad İbadoğlu ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaratmışdılar. Müsavatın, demək olar, əksər tanınmış simaları İbadoğlunun ətrafında toplaşmışdı. Amma indi kənara çəkiliblər. Adil Qeybulla belə, susur. Nədir bu müəmma? Əlövsət Talışxanlı istefa verdikdə açıqlama yaymışdı.

Əlövsət Talışxanlı

 

Orada “Müsavatdan ayrılanda belə düşündük ki, ziyalı bir intellektual bir təşkilat quraq. İlk yaranışımızda konstruktiv, radikalizmdən uzaq yol tutsaq da, sonrakı zamanlarda təşkilat bir qrup primitiv düşüncəli siyasətbazların və keçmişi kriminala bağlı üzvlərin təsir dairəsinə keçdi” cümləsi xüsusi diqqət çəkir. Partiyadan nə baş verib ki? Təəssüflər olsun ki, istefa verənlər detalları açıqlamırlar. Bəlkə istefalar hazırki iddialarla bağlı olub? Yaxşı olar ki, həqiqəti açıq şəkildə desinlər... Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilir ki, Qubad İbadoğlu bir neçə dəfə Pensilvaniyaya gedib.

Fətullah Gülənin qardaşı qızı saxlanıldı Pravda.az

Fətullah Gülən

 

Təbii ki, bu, o demək deyil ki, ora gedibsə, mütləq FETÖ rəhbəri Fətullah Gülənlə görüşüb. Amma belə bir ehtimal varsa, mütləq araşdırılmalıdır. Doğrusu, məsələni başqa istiqamətə çəkmək istəyənlər də az deyil. Deyirlər ki, İbadoğlunu sərt mövqeyinə görə həbs ediblər. Əgər sərt mövqeyə görə həbs varsa, məntiqlə elə birinci Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli tutulmalıdır. AXCP sədrindən radikal danışanı varmı? Xeyr! Ona görə də yaxşı olar ki, mülahizələr kənara qoyulsun, istintaqın nəticəsi gözlənilsin. Çox şeylər ortaya çıxa bilər...

 

O ki qaldı ümumilikdə FETÖ ilə mübarizəyə, bu, davamlı şəkildə aparılmalıdır, milli təhlükəsizliyimizə təhdid olan istənilən addımın qarşısı alınmalıdır, kökü qazılmalıdır, hansı sahədə varsa, tədbir görülməlidir, burada güzəşt ola bilməz. Cənubdan gələn təhdidlər necə zərərsizləşdirilirsə, Qərbdən də gələnlər o cür zərərsizləşdirilir. Bu, o deməkdir ki, Azərbaycan dövləti fəaliyyətini xalqın milli maraqları əsasında qurur. Xalq yumruq kimi yenə də Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib, bu birliyi kimsə sarsıda bilməz.

 

Kənan Mirzəyev

Tarix: 25 İyul 2023, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin