BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC “Azəriqaz”ı cərimələrə görə məhkəməyə verdi

Bakı Kommersiya Məhkəməsində "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə (İB) qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqustun 3-nə təyin edilib.

 

Qeyd: "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC “Azəriqaz” İB-ni məhkəməyə verərək maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 26 İyul 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin