BURADA REKLAMINIZ OLA
BİLƏR

Dələduzluq edən ər-arvadın növbəti məhkəməsi keçirildi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişlər dindirilib.

 

Məhkəmənın növbəti iclası sentyabrın 12-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. L.Abdullayeva məhkəmə zalından həbs edilib.

 

Qeyd: İş üzrə 5 zərəçəkmiş var.

 

Təqsirləndirilən şəxslərin zərərçəkmişlərə qarşı 107 min manat zərər vurduğu göstərilib.

 

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

 

Kamal Məmmədov

Tarix: 26 İyul 2023, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin