BURADA REKLAMINIZ OLA
BİLƏR

Ana və azyaşlı oğlunu avtomobillə vurub öldürən sürücü yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində ana və azyaşlı oğlunu avtomobillə vuraraq ölümlərinə səbəb olmaqda təqsirləndirilən Taleh Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqusun 2-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarı ilə aşağı instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edilib, iş baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Qeyd: Hadisə 2021-ci aprelin 19-u paytaxtın Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

 

T.Tağıyevin idarə etdiyi “Ravon” markalı avtomobil Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

 

Qəzanı törədən T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 26 İyul 2023, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin