BURADA REKLAMINIZ OLA
BİLƏR

Yollarda zolaqlar silinir: Boyaların keyfiyyətsiz olduğunu deyənlərə AAYDA və AYNA-dan CAVAB

Paytaxt ərazisindəki yollarda piyada xətlərinin, zolaqların tez silinməsi narazılıq yaradır. Yollarda zolaqlar yenilənsə də, qısa vaxt sonra əriyib yoxa çıxır. Bu da təbii ki, qəzalara, qaydapozuntularına səbəb olur. İddia edilir ki, keyfiyyətsiz məhluldan istifadə olunduğuna görə boya təsirlərə məruz qalır və silinir...

 

Bununla bağlı Pravda.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, AAYDA magistral, respublika əhəmiyyətli yollarda xətlənmə işini həyata keçirir:

“Tam olaraq yollar üçün nəzərdə tutulmuş boyalardan istifadə olunur. Təbii ki, boyaların bir müddət sonra yenilənməsinə ehtiyac yaranır. Çünki hava şəraiti - günəş, yağış, külək, yolda intensiv hərəkət boyanın silinməsinə gətirib çıxarır. Bu zaman yenilənmə işləri həyata keçirilir. Bizim xidmət etdiyimiz yollarda ciddi problem yaşanmır. Çünki xətlər solana yaxın artıq tam olaraq yenilənir deyə problemlə üzləşmirik. Hazırda bazarda yol üçün nəzərdə tutulmuş ən yüksək keyfiyyətli boyalar hansıdırsa, xətlənmədə həmin boyalardan istifadə edirik. Söhbət yalnız AAYDA-nın xidmət etdiyi yollardan gedir”.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov da açıqlamasında silinən nişanlanma xətlərinin yenilənməsinin mərhələli qaydada həyata keçirildiyini deyib:

“Yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verir. Boyaların rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır...”

 

Aytəkin Qardaşova

Tarix: 26 İyul 2023, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin