BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sanki BQXK-nın Nizamnaməsində gizli şəkildə göstərilib ki, müsəlmana, türkə nə qədər çox pislik etsəniz, bir o qədər sizin üçün yaxşı olacaq”

“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də daxil olmaqla, bütün beynəlxalq təşkilatlar ögey-doğmalıq münasibəti bəsləyirlər. Hansı dövlət müsəlman, türk dövlətidirsə, ona qarşı fobiyaları var. Beynəlxalq Qırmızı Xaç Komitəsi İsveçrədə yerləşir və meyl etdiyi xalqlar xristianlardır. Yəhudilərə də o qədər meyl etmir. BQXK yalnız beynəlxalq xristian təşkilatıdır. Büddistlərə də münasibətləri fərqlidir. Elə bil bu təşkilat Vatikanın idarəçiliyi altında fəaliyyət göstərir. Buna görə də BQXK-nın Azərbaycana qarşı münasibəti fonunda ikiqat problemimiz var - həm müsəlmanıq, həm də türk. Sanki BQXK-nın Nizamnaməsində gizli şəkildə göstərilib ki, müsəlmana, türkə nə qədər çox pislik etsəniz, bir o qədər sizin üçün yaxşı olacaq. Bunu məcazi mənada deyirəm. BQXK bu günə qədər Azərbaycanın hansısa işinə ağıllı şəkildə yaramayıb, bundan sonra yarayacağına da inanmıram”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

 

O bildirib ki, BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəallıq göstərməlidir: “Lakin iş yerlərini itirməmək üçün öz şəxsi maraqlarını milli maraqlardan üstün tuturlar. Bunun başqa adı yoxdur. Baxın, BQXK-nın Ermənistandakı Nümayəndəliyində işləyən ermənilər bütün dünyaya car çəkirlər. Bizdə isə beş-altı qadın oturub Nümayəndəlikdə, təbii ki, ancaq özlərini fikirləşirlər. Peşəkar, bu milləti sevən şəxslər Nümyəndəlikdə yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələləri araşdıracağını düşünürüksə, bu qədər sadəlövh olmağa dəyməz. Azərbaycan bütün beynəlxalq təşkilatlarla normal münasibət qurur, amma beynəlxalq təşkilatların Azərbaycana münasibətində ikili standart, ögeylik var. Buna görə də arxayın olmamalıyıq ki, 4 minə yaxın itkin düşmüş, ermənilər tərəfindən öldürülən, əsir götürülən soydaşlarımız haqqında bizə məlumat veriləcək. Mən belə bir şey gözləmirəm...”

 

Aytəkin Qardaşova

Tarix: 26 İyul 2023, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin