BURADA REKLAMINIZ OLA
BİLƏR

“Abşeron-Şərab”a protokol yazıldı

“Abşeron-Şərab” Açıq Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Sənəd baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Cəmilə Səfiyevanın icraatındadır.

 

Kamal Məmmədov

Tarix: 26 İyul 2023, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin