BURADA REKLAMINIZ OLA
BİLƏR

Yem istehsalı ilə məşğul olan şirkətin işinə məhkəmədə baxılacaq

“ATS Feed” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Sənəd baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İş Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 26 İyul 2023, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin