BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vita1000” sularını istehsal edən şirkətə cərimə protokolu yazıldı

“Vita1000” sularını istehsal edən"Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətə cərimə protokolu yazılıb.

 

Pravda.az xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaq) protokol tərtib edilib.

 

Sənəd baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Cəmilə Səfiyevanın sədrliyi araşdırılacaq.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 26 İyul 2023, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin