BURADA REKLAMINIZ OLA
BİLƏR

“Təəssüflər olsun ki, BQXK-nın Xankəndində yerləşən ofisi Bakıya tabe olmaq əvəzinə, İrəvan istiqamətində əməkdaşlıq qurur” - RƏY

“Beynəlxalq Qırmızı Xaç Komitəsi adı mediamızda dəfələrlə hallanan bir təsisata çevrilib. Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın vətəndaşımız itkin düşmüşdü. Azərbaycan Ordusu ərazidə bərkitmə işləri həyata keçirəndə zaman-zaman kütləvi məzarlıqlar aşkarlanır, insan qalıqları tapılır. Lakin onların taleyi BQXK-nı maraqlandırmır. Belə görünür ki, bu təşkilat daha çox siyasi məqsədlərə xidmət edir, siyasi sifarişləri icra edir. Təəssüf doğuran məqamlardan biri budur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndində yerləşən ofisi Bakıya tabe olmaq əvəzinə, İrəvan istiqamətində əməkdaşlıq qurur. Bu, tamamilə yolverilməzdir, çünki Azərbaycanın Konstitusiyası, qanunvericiliyi ən ali şəkildə qorunmalı, Azərbaycan yurisdiksiyasına şamil olunmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib. 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan dövlətlərin  qarşılaşdığı problemləri cəsarətlə dilə gətirir” - RƏY Pravda.az

“BQXK-nın Azərbaycan ərazisində destruktiv və pozucu niyyətləri də zaman-zaman üzə çıxır. Qərəzlilik, ikili standartlardan yanaşma, birtərəfli narrativlərin irəli sürülməsi hiss olunur. Çünki 2014-cü ildə DNT məlumat bazasının yaradılmasına baxmayaraq, bu təşkilatın itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bu da tamamilə qəbulolunmazdır. Cənab Prezident İlham Əliyev dəfələrlə iştirak etdiyi platformalarda Birinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı fikirlərini ifadə edib. Humanitar əsaslı bütün problemlərin köklü surətdə həllinin tərəfdarı olduğunu bildirib. Kütləvi məzarlıqların xəritəsi Ermənistanda olsa da, həmin xəritə də Azərbaycana təhvil verilmir. Ermənistan öz düşmənçiliyini davam etdirir. BQXK-nın əlində rəsmi İrəvana təzyiq etmək, öz humanitar missiyasını üzə çıxarmaq üçün kifayət qədər resurslar var. Lakin biz bunu müşahidə etmirik”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 26 İyul 2023, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin