BURADA REKLAMINIZ OLA
BİLƏR

Qız qaçıran şəxs yenidən məhkəmə qarşısında

Gəncə Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Vahid Qafarovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqusun 2-nə təyin edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 8 mart 2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Vahid Qafarov evlənmək məqsədi ilə spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə qohumu Günay Əliyevanı (şərti) avtomobilində Gəncə şəhəri ərazisində gəzdirəcəyi adı ilə aldadıb. O, qızı onun yaşadığı Gəncədəki evindən avtomobilə mindirib ərazidən uzaqlaşıb. Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 32 nömrəli tam orta məktəbin qarşısında zərərçəkmiş şəxs nə baş verdiyini Vahiddən soruşub. Vahid isə qıza onu evlənmək məqsədi ilə qaçırıldığını bildirib. Daha sonra Günay avtomobili dayandırmasını tələb edib. Lakin buna baxmayaraq, təqsirləndirilən şəxs iradəsinə zidd şəkildə avtomobili yaşadığı Şəmkir rayonu istiqamətində hərəkət etdirib. Zərərçəkmiş şəxs azad olmaq üçün Göygöl rayonunun Nadil kəndi ərazisində avtomobilin qapısını açıb özünü yerə atıb. Nəticədə Günay qapalı kəllə-beyin travması ilə nəticələnən xəsarət alıb.

 

Kamal Məmmədov

Tarix: 27 İyul 2023, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin