BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə deputata məxsus olduğu iddia edilən şirkətlə bağlı qərar çıxardı

Bakı Kommersiya Məhkəməsində Türkiyənin Koc Sinan firması və "Babək İnformasiya” MMC-nin “Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-yə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, iddia rədd edilib.

 

Qeyd: Türkiyənin Koc Sinan firması və "Babək İnformasiya” MMC “Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: “ABC-Telecom” 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 min manatdır. “Kontakt Home” və “ABC-Telecom”da deputat Elnur Allahverdiyevin pay sahibi olduğu bildirilirdi. Sonradan deputat həmin şirkətlərlə əlaqəsinin qalmadığını demişdi.

 

Kamal Məmmədov

Tarix: 27 İyul 2023, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin