BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avropa İttifaqı nümayəndələrinin, Qərb ölkələri səfirliklərinin bu tamaşada iştirakları təəssüf doğurur”

“Ermənistan Laçın sərhəd keçid məntəqəsindən Azərbaycanla razılaşmadan heç bir yükü  keçirə bilməz. Bunun üçün nə hüquqi əsası, nə ciddi bir  arqumenti, nə də gücü yoxdur. Bu reallığı bilə-bilə Azərbaycanla  razılaşdırmadan əraziyə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərirsə, deməli şou göstərir. Bəs şounu kimə göstərir? Yəqin ki, dağın başında dayanıb  tamaşanı seyr edənlərə”

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Müşfiq Ələsgərli bildirib.

 

“Avropa İttifaqı  nümayəndələrinin, Qərb ölkələri səfirliklərinin bu tamaşada iştirakları təəssüf doğurur. Onlar belə davranışla öz riyakarlıqlarını bir daha büruzə verdilər. Azərbaycan   Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Bərdə-Ağdam-Xankəndi yolundan  istifadə olunmasını təklif edib. Bu yolun  təbii imkanları Laçın-Xankəndi yoluna nisbətən daha üstündür. İşğaldan sonra yenidən qurulmuş Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır. Separatçı rejimin təmsilçiləri isə bu təklifdən imtina edirlər.  Ermənistan da separatçılara dəstək olaraq, “humanitar yük”dən ibarət  avtomobil konvoylarını Laçın sərhəd keçid məntəqəsinə göndərib”, - M.Ələsgərli qeyd edib.

Tarix: 27 İyul 2023, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin