BURADA REKLAMINIZ OLA
BİLƏR

“Masdar Azərbaycan Enerji” barəsində cərimə protokolu tərtib olundu

“Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnə bilər.

 

Pravda.az xəbər verir ki, MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

 

Sənəd baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

Məsələ hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 27 İyul 2023, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin