BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilərin “humanitar böhran şousu” təbliğatdır, vəziyyəti gərginləşdirmək üçün növbəti addımlar atacaqlar...” - RƏY

“Ermənilərin “humanitar böhran şousu” da bir təbliğat vasitəsidir. Ermənilər hər xırda məqamdan istifadə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəklədiyi Ağdam-Xankəndi yolundan faktiki olaraq imtina edirlər. Nikol Paşinyan keçirdiyi sonuncu mətbuat konfransında da bu haqda fikrini bildirdi. Dünən yük maşınlarının Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsinə yaxınlaşması, bizi şantaj etmələri, bunların hamısı mərkəzdən - Rusiya tərəfindən idarə olunan məsələlərdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Üzeyir Cəfərov: “Ermənilər basdırdıqları minaların altına başqa “surpriz”  minalar da basdırıblar” Pravda.az

Polkovnik vurğulayıb ki, bu məsələdə bir az qətiyyət göstərilməlidir: “Baxaq görək ermənilərin növbəti bəhanəsi nə olacaq? Ermənilərə yük daşımaq yox, sadəcə, Azərbaycanı hədəfə gətirmək üçün bu cür hoqqabazlıqlar lazımdır. Rusiyanın təhriki ilə onlar bu hoqqazbazlıqları davam etdirirlər. Görək növbəti günlərdə daha hansı absurd ideyaları ortaya atacaqlar? Mən şəxsən ermənilərin bundan sonrakı vəziyyəti gərginləşdirmək üçün növbəti addımlar atacaqlarını düşünürəm”.

 

Aytəkin Qardaşova 

Tarix: 27 İyul 2023, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin