BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın “humanitar yardım şousu” – “Yük maşınlarının Ağdam yolundan gəlməsinin nə problemi var?” - RƏY

“Ermənistanın Qarabağda yaşayan ermənilərlə bağlı dəfərlərlə şou göstərdiyini görmüşük. Söhbət doğrudan da humanitar problemlərdən gedirsə, Azərbaycan tərəfi hətta özü dəfələrlə humanitar yardım etməyi təklif edib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Yardımın Ağdam yolundan gəlməsinin nə problemi var? Göründüyü kimi, humanitar məsələ deyil. Məqsəd dünya ictimaiyyətinin diqqətini cəlb etmək, dünyaya mesaj verməkdir ki, Azərbayan guya “genosid” siyasəti həyata keçirir, “etnik təmizləmə” aparır, Qarabağdakı ermənilərə pis münasibət göstərir. Dərdləri-sərləri bu məsələni qabartmaqdan ibarətdir”, - N.Cəfərli bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 İyul 2023, 13:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin