“Ağır tonajlı yük maşınlarının sərhədə gəlməsi rəzalətdir. Avropa İttifaqı missiyasının isə hansısa formada müşahidəçi qismində iştirak etməsi ikili standartlardan xəbər verir. Əgər burada demokratiyadan, insan hüquqlarından, hansısa şəxslərin, əhali qrupunun mənafeyindən söhbət gedirsə, Avropa İttifaqının nəzərinə çatdırmaq istəyirəm ki, mən əslən Naxçıvan bölgəsindənəm və 32 ildir, naxçıvanlılar blokadadırlar. Naxçıvana quru yolla yük daşıya, hətta cənazələrini apara bilmirlər. Xeyirlərində-şərlərində iştirak etmək imkanları məhdudlaşdırılıb. Bəs niyə Avropa İttifaqı indiyə qədər bu blokada şəraitinə, insan hüquq və haqlarının kobud şəkildə pozulmasına biganə qalır?”
Bu sözləri Pravda.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.

“Bu gün yalan, feyk situasiya yaratmaqla beynəlxalq müstəvidə diqqət cəlb etmək, dünya ictimaiyyətinə guya Qarabağda yaşayan erməni əhalisinin blokada ilə, aclıqla üz-üzə qalmasını göstərmək erməni məkrinin və hiyləgər, həyasız planının bir hissəsidir. Bu plan həyata keçməyəcək. Çünki Azərbaycan alternativ Ağdam-Xankəndi yolunu təqdim edib. Bu, Azərbaycanın beynəlxalq hüququdur. Bütün beynəlxalq qanunlar çərçivəsində bizim ölkəmizin vətəndaşına humanitar yardım bizim ərazimizdən keçməlidir. Ağdam-Xankəndi yolu isə daha rahat və qısadır”, - o deyib.
E.Kərimli alternativ təklif də irəli sürüb: “Əslən Naxçıvandan olan insanlar, həm də Azərbaycanın digər sakinləri, ictimai fəallar, Qeyri-hökumət Təşkilatları avtomobillərimizlə, yüklərimizlə Zəngəzur sərhədinə getməliyik. Biz də tələb etməliyik ki, Naxçıvana quru yolla keçməyimizə imkan versinlər. 32 ildir, biz əziyyət çəkirik. Bu gün Xankəndində 10 minə yaxın əhali yaşayırsa, Naxçıvanda 500 minə yaxın əhali yaşayır. 32 ildir, həmin əhalinin təminat, təchizat və bütün sosial hüquqları pozulur. Düşünürəm, həm Naxçıvan tərəfdən, həm də Azərbaycanın yerli əhalisi, ictimai fəallar, QHT-lər iki tərəfdən Zəngəzur dəhlizinə yaxınlaşıb, öz hüquqlarını tələb etməli, Avropa İttifaqı Şurasının nümayəndələrini və səfirlikləri ora dəvət etməliyik. Çünki biz sülhlə, normal qaydada oradan keçmək, öz torpaqlarımıza getmək, yaxınlarımızı, qohumlarımızı görmək istəyirik. Bu şərait bizə yaradılmır. Görsünlər ki, ikili standartların bariz təzahürü, nümunəsi necə olur. Mənim təklifim hazırda ən gözəl təklifdir. Zəngəzura yürüyüşün önündə getməyə hazıram. İctimaiyyət və hökumət nümayəndələrindən xahiş edirəm ki, bizə şərait yaratsınlar, yol haqqımızı tələb edək. Artıq yetər! 32 ildir, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan həm iqtisadi, həm siyasi, həm kommunikasiya blokdasından əziyyət çəkir. Naxçıvanda insanların təminatı çox əziyyətlə həyata keçirilir. Nəqliyyat imkanları məhdudlaşdırılıb. Avropa İttifaqının, Avropa Şurasının nümayəndələrinin və digərlərinin diqqətini buna yönəltmək daha böyük effekt verər”.
Aytəkin Qardaşova
23 Oktyabr 15:44
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
Ən son xəbərləri səhifəmizdən də izləyin