BURADA REKLAMINIZ OLA
BİLƏR

“Clear”ın sahibinin 2,3 milyonunu ələ keçirən şəxs yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində məşhur "Clear" hotelin sahibi kimi tanınan Fəxrəddin Feyziyevə qarşı 2 milyondan çox dələduzluqda ittiham olunan Elşən İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqusun 17-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov xeyli miqdarda ziyan vurmaqla dələduz etməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Elşən İsmayılov Fəxrəddin Feyziyevə Dubayda iş quracağı vədi verərək ondan 2.3 milyon manat alıb. O, sonradan vədinə əməl etməyib. Bundan başqa Elşən İsmayılov başqa bir şəxsə də eyni vəd verərək 1,5 milyon manat ələ keçirib. Elşən İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Qeyd: Mediada yayılmış məlumatlara görə, Fəxrəddin Feyziyev və qardaşı Fikrət Feyziyev Bakıda “Clear” və “İron” hotellərin sahibi olublar. Onlar 20 il əvvəl MTN tərəfindən tutulub, lakin qısa müddətdə azadlığa buraxılıblar.

 

Kamal Məmmədov

Tarix: 28 İyul 2023, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin