BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirovun paylaşımı müzakirələrə səbəb oldu: “Nə sinə vurmuşam, nə də saatımı reklam etmişəm...” - FOTO

Milli Məclisin deputatı Elman Nəsirov sosial şəbəkədə paylaşdığı fotosu ilə diqqət çəkib. Deputatın əlini sinəsinə qoyması birmənalı qarşılanmayıb. Bildirilib ki, E.Nəsirov Aşura günü olduğu üçün sinə vurur. Bəziləri isə onun saatını reklam etdiyini düşünürlər...

E.Nəsirov Pravda.az-a açıqlamasında səslənən fikirlərlə bağlı mövqeyini bu cür ifadə edib: “Belə mənasız məsələlərə qətiyyən reaksiya vermirəm. Nə sinə vurmuşam, nə də saatımı reklam etmişəm... Bir həftə, on gün araşdırmalar aparıram, beynəlxalq siyasət, təhülkəsizlik məsələləri ilə bağlı analitik, düşündürücü yazılar yazıram. Onları paylaşıram. Payşalanda görürəm ki, baxış sayı aşağı olur. Sonra dedim ki, adi, kostyumsuz, qalstuksuz bir şəkil paylaşacağam. Və bu şəklə 700-dən çox baxış… Mən sadəcə bunu bilmək istədim ki, bu gün mütaliə sahəsində vəziyyətimiz necədir? Gənclərimizin mütaliəyə münasibəti necədir? Görürəm ki, gözlədiyimdən də aşağı imiş. Bunu təəssüf hissi ilə qeyd edirəm...”

 

Aytəkin Qardaşova

Tarix: 28 İyul 2023, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin