BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusdan sağalanların sayı AÇIQLANDI

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

 

Bu barədə Pravda.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Hazırkı dövrədək ölkəmizdə 1 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Tarix: 26 Aprel 2020, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin