BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank “Uni Ko”ya cərimə protokolu yazdı

“Uni Ko” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilib.

 

Pravda.az-ın xəbərinə görə, protokolu Mərkəzi Bank İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən tərtib edib.

 

Sənəd baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 28 İyul 2023, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin