“Qubad İbadoğlunun həbs edilməsi müəyyən müzakirələrə səbəb olub. Əslində Qubad İbadoğlu ona qarşı konkret ifadələr, irəli sürülmüş ittiham əsasında həbs edilib. Düşünürəm, hər kəs istintaqın yekunlaşmasını gözləsə, çox yaxşı olar. Hazırda hər hansı faktiki fikir söyləmək tezdir. İstənilən halda prosesin hüquqi yolla həlli başa çatmayıb. Çünki instansiyalı məhkəmə var. İstintaqın yekunlarından sonra yenidən hüquqi yollara əl atmaq mümkün olacaq. Təəssüf ki, İbadoğlunun həbsini siyasi həbslə daha çox əlaqələndirirlər. Açıq deyim, İbadoğlunun siyasi fəaliyyətini nəzərdən keçirsək, görərik ki, o, mütəmadi olaraq öz siyasi görüşünü, siyasi partiyalarını dəyişib, yekunda özünə siyasi partiya yaradıb, sonra bu partiyanı hərəkata çevirməyə qərar vermişdi. Sonradan isə partiya kimi fəaliyyət göstərməyin daha doğru olduğunu söyləmişdi. Bu cür qeyri-ciddi addımların atılması nəticə etibarilə ətrafındakı siyasi tərəfdarlarının da onun partiyasından istefa verməsinə gətirib çıxardı. Bu yolla uğur qazana bilməyəcəyini anlayan İbadoğlu yeni fond yaratdı. Bu fond vasitəsilə qrant əldə etməyin fərqli yollarını testdən keçirməyə çalışırdı. Bir sözlə, biz Qubad İbadoğlunu ciddi siyasi fiqur kimi qəbul edə bilmərik...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib.
Deputat düşünür ki, Q.İbadoğlunun həbsində hansısa siyasi motivlər axtarmaq ciddi yanaşma deyil: “Əksinə, İbadoğlu daha çox iqtisadçı, şərhçi kimi qəbul edilirdi. Düşünürəm, o, konkret cinayət əməlləri olduğu üçün həbs edilib. Xüsusilə Türkiyə və Azərbaycanda təhlükəli təşkilat olaraq qəbul edilən FETÖ ilə əlaqələrinin olması iddiasının irəli sürülməsi çox ciddi ittihamdır. Bu, imkan verir ki, fakt dərindən araşdırılsın. Ümid edirik ki, ədalətli istintaq həyata keçiriləcək. İbadoğlunun hansısa cinayət əməli olmasa, onu heç kim həbs edə bilməz. Yox, əgər həqiqətən də o, bu proseslərin içindədirsə, Qərb dairələrinin, terror təşkilatlarının dəstəyi ilə Azərbaycan əleyhinə hansısa hərəkətlər həyata keçirməyi hədəfləyirdisə, nəinki Qubad İbadoğlu, istənilən şəxs bu məsələlərdə istintaqa cəlb olunmalı, həbs edilməlidir. Azərbaycanın milli təhlükəsizliyi hər şeydən və hər kəsdən üstündür. Səbirlə prosesləri izləməliyik. İbadoğluna çox yaxın olan müsavatçılar belə hazırda onun müdafiəsinə qalxmayıblar. Bu isə deməyə imkan verir ki, həqiqətən də onun həbsində siyasi motivləri deyil, cinayət tərkibini qabartsaq, daha düzgün olar”.
Aytəkin Qardaşova
23 Oktyabr 15:44
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
Ən son xəbərləri səhifəmizdən də izləyin