BURADA REKLAMINIZ OLA
BİLƏR

“Təhqir, söyüş, aşağılama bilgi, savad və dünyagörüş defisitindən qaynaqlanır” - MÖVQE

Sosial şəbəkələrdə söyüşməkdənsə daha faydalı, maarifləndirici müzakirələr aparmaq olar.

 

Söyüşü WatsApp, inbox üzərindən də fərdi qaydada kimə istəsələr ünvanlasınlar - qarşı tərəfdən də nə eşitsələr, bu da həmin şəxslərin özlərinə qalsın.

 

Təhqir, söyüş, aşağılama bilgi, savad və dünyagörüş defisitindən qaynaqlanır.

 

Tarixdə məlumat almaq-məlumatlandırmaq, bilgi almaq-bilgi paylaşmaq, insanları daha düşündürücü ideya və fikirlər ətrafında səfərbər etmək üçün bundan unikal imkan olmayıb. Sosial şəbəkələr minlərlə "Azadlıq" meydanının tuta biləcəyi qədər insanı bir araya gətirə bilir - halbuki illərdir bizi o meydanın cəmi birindəcə bir araya gəlib dərdlərimizi, düşüncələrimizi bölüşməyə həsrət qoydular.

 

Fərq qoymadan eyni dərəcədə bütün siyasi təşkilatlara aid olduğunu düşünürəm - ideologiyalar, problemlər, düşüncələr üzərindən polemika aparmağı bacarmayan qurumlardan cəmiyyətə fayda olası deyil - əksinə yalnız zərər gələcək...

 

Rövşən Ağayev

 

Ekspert

Tarix: 26 Aprel 2020, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin