BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Sultanovun şikayətinə baxılacaq tarix məlum oldu

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 2-nə təyin edilib.

 

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Zakir Sultanov kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyir.

 

Qeyd: Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifəsəlahiyytlərindən sui-istifadə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 5 il 6 aya endirib.

 

Kamal Məmmədov

Tarix: 31 İyul 2023, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin