BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini öldürən şəxs şikayət etdi

Göygöl rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Əsgərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 2-nə təyin edilib.

 

Şikayət hakim Rafiq Cəfərovun sədrliyi ilə araşdırılacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq soyuq silahı, gəzdirmə) maddəsi ilə bəraət verilib.

 

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında Göygöl rayonunun Çaylı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü H.Əsgərov şəxsi münasibətlər zəminində mübahisə zamanı 1993-cü il təvəllüdlü Ayxan Hüseynlini bıçaqlayaraq öldürüb. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. H.Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 31 İyul 2023, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin