BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Sənayesi Nazirliyinin tərkibində olan şirkətə protokol tərtib edildi

“İqlim elmi-istehsalat müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

İş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: MMC Azərbaycan  Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin